1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.11.2017 15:48:00

Yaralı əsgər Cənubi Koreya əsgərləri tərəfindən sərhəd ərazidən çıxarılıb.

Şimali Koreya (KXDR) ordusunun əsgəri Panmuncom sərhəd kəndi ərazisindən Cənubi Koreyaya ərazisinə keçməyə cəhd göstərərkən öz hərbçi yoldaşları tərəfindən güllələnərək yaralanıb.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Çiynindən və dirsəyindən güllə yarası almış əsgər Birgə Təhlükəsizlik Zonası adlanan ərazidə Cənubi Koreya əsgərlərinin əlinə keçib.

Məlumata görə, o, silahsız olub. Əsgərin şəxsiyyəti barədə heç bir məlumat verilməyib. Hərbi geyimindən aşağı rütbəli əsgər olduğu məlum olub.

Cənubi Koreya komandanlığı nəzarətə alınan əsgərin huşunu bərpa etdiyini açıqlasa da, həyatına təhlükə olub-olmadığına aydınlıq gətirməyib.

Bildirək ki, Şimali Koreya əsgərlərinin atəşkəsin hökm sürdüyü və turizm zonası olan kəndə daxil olmaları nadir hallarda baş verir. Bura hər iki ordunun əsgərlərinin üz-üzə gəldiyi yeganə bölgə hesab olunur.


Cənuba keçməyə çalışan Şimali Koreya əsgəri güllələnib - Koreya Baş Qərargahı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kral Salman Kaşçıkçıya görə Ərdoğana zəng etdi
    Səudiyyə kralı Salmanın Ərdoğana Kaşçıkçı dosyesini bağlatdırması üçün zəng etdiyi ifşa edilib.
     17.10.2018
    4 deputatın maaşına xitam verildi - RƏSMİ
    Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğurur.
     17.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ