Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində 1 ədəd televizor, 4 ədəd xalça, 1 ədəd elektrik generatoru, 1 ədəd qaz sobası, 1 ədəd elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda oğurluq edən dəstə saxlanıldı