Cəbrayılda silah-sursat tapılıb

Cəbrayılda silah-sursat tapılıb
Yayınlanma tarixi: 9.01.2024 15:39:13

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edərək götürüb.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

GÜNÜN MANŞETLERİ