EURO 1,919 NEFT 67,38
USD 1,7 RUB 0,025
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.09.2018 22:52:43

“Biz 4 ay qabaq Qəzzadan gəlmişik və..."

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, fələstinli xanım Vəfa Barbax “Augusta Victoria” xəstəxanasının maliyyələşdirilməsinin kəsilməməsi çağırışı ilə ABŞ rəhbərliyinə müraciət edib. Sözügedən xəstəxana Fələstində onkoloji xəstəlikləri olan uşaqların müalicə olunduğu yeganə səhiyyə müəssisəsidir.

Vəfa xanımının 12 yaşlı oğlu Muhəmməd də burada müalicə alanlardan biridir. Muhəmmədə 5 ay öncə bu qorxulu diaqnoz qoyulub.

“Biz 4 ay qabaq Qəzzadan gəlmişik və İsrail rəhbərliyindən xüsusi icazə almışıq. Bizim onkoloji xəstəliklərin müalicə edildiyi xəstəxanamız yoxdur. Biz Şərqi Qüdsdəki “Augusta Victoria” xəstəxanasına düşə bilmək üçün çox şeydən keçməli olduq.”, - deyə 12 yaşlı uşağın anası bildirib.

Vəfa xanımın fikrincə, ABŞ-ın Şərqi Qüdsəki xəstəxanalara 25 milyon dolları ayırmaqdan imtina etməsi fələstinli uşaqların talelərinə mənfi təsir edəcək.

“ABŞ-ı uşaqlarımızın sağlamlıqları ilə oynamamağa və bunu siyasə alətə çevirməməyə səsləyirəm. Fələstinli uşaqlar siyasətdən uzaqdırlar. Onlar sadəcə müalicə olub normal həyatlarına dönmək istəyirlər.”, - deyə Vəfa xanım qeyd edib.

Xatırladaq ki, ötən həftə ABŞ Şərqi Qüdsdəki xəstəxanalara ayrılan maddi yardımın dayandırıldığını elan edib. Əvvəl nəzərdə tutulmuşdu ki, ABŞ 6 xəstəxanaya 25 milyon dollar ayıracaq. Lakin Tramp administrasiyası maddi yardımın tam dayandırılması haqda qərar qəbul edib.

Qeyd edək ki, hazırda “Augusta Victoria” xəstəxanasıda 100-ə yaxın fələstinli uşaq müalicə alır.


Çarəsiz fələstinli ana ABŞ-a səsləndi: Uşaqlarımızın taleyi ilə oynamayın!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD əsarətindən qurtulan suriyalılar Əsədə belə təşəkkür etdilər - VİDEO
    Əsəd 3 ay əsirlikdə qalmış suriyalılar və onların ailə üzvləri ilə görüşüb.
     14.11.2018
    60 SANİYƏ: 14.11.18-nin 5 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 14.11.18-nin 5 önəmli xəbəri - VİDEO
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ