"Payızda parlament seçkiləri, normalara əməl olunmadan keçiriləcəyi təqdirdə Gürcüstanda inqılab baş verə bilər".

İslamazeri.com "24News.ge"yə istinadən verdiyi xəbərə görə, bunu Parlamentin eks-spikeri və müxalif "Vahid Gürcüstan - Demokratik Hərəkat" partiyasının lideri Nino Burcanadze "RİA Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, səkkiz ildən sonra hakim “Gürcü Arzusu” partiyası əvvəlki hadisələri xatırlatmağa başlayır və bu, Gürcüstanda müxaliflərin siyasi təqibinin başladığını eləcə də davam etdiyini göstərir.
N.Burcanadze qeyd edib ki, elementar seçki standartlarına əməl olunmazsa, bir inqilab başlayacaq və bu isə arzu olunmazdır.
Burcanadzedən inqilab proqnozu: Bu cür olsa, qaçılmazdır...