“Biz bundan (Qərbin Ukraynaya silah tədarükü) narahatıq ki, bu, münaqişəni uzatmaq cəhdidir” - Rusiya prezidenti
İslamazeri.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, Rusiya nüvə silahlarını Belarusa ötürmür, ABŞ-ın on illiklər boyu etdiklərini edir. Belə bir açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına müsahibəsində Pavel Zarubinə bildirib.
“Biz vermirik. ABŞ da öz müttəfiqlərinə ötürmür. Biz prinsipcə onların on il ərzində etdiyini edirik. Onların müəyyən ölkələrdə müttəfiqləri var və onların daşıyıcıları təlim keçib, ekipajları da təlim keçib. Biz də eyni şeyi etmək niyyətindəyik. Aleksandr Qriqoryeviç (Lukaşenko) məhz bunu rica edirdidi”, – deyə Putin bildirib.
Rusiya lideri bildirib ki, Qərbin silah tədarükü üzündən Ukraynada münaqişə ancaq davam edəcək.
“Biz bundan (Qərbin Ukraynaya silah tədarükü) narahatıq ki, bu, münaqişəni uzatmaq cəhdidir”
Onun sözlərinə görə, bu münaqişəni törədənlərin və nəyin bahasına olursa-olsun, onu saxlamağa çalışanların məntiqi baxımından, yəqin ki, silah tədarükü düzgün addımdır
“Məncə, bu, daha çox faciəyə səbəb olacaq, başqa heç nə”, – deyə Putin vurğulayıb.
Rusiya prezidenti deyib ki, Rusiyanın zəiflədilmiş uranlı döyüş sursatına cavab verə biləcəyi vasitələri var, Rusiya Federasiyasında belə silahlar çoxdur, lakin hələ də onlardan istifadə etməyib.
“Deməliyəm ki, Rusiyanın, əlbəttə ki, cavab verəcəyi bir şey var. Mübaliğəsiz, yüz minlərlə belə mərmilərimiz var (zəiflədilmiş uranla). Hələ onlardan istifadə etməmişik”, – deyə RF lideri vurğulayıb.