EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.11.2019 11:06:11

Özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin bacısı Suriyanın şimalında saxlanıb, Türkiyə rəsmiləri deyir.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin bacısı Suriyanın şimalında saxlanıb, Türkiyə rəsmiləri deyir.

Yerli və beynəlxalq medianın istinad etdiyi rəsmilər 65 yaşlı Rasmiya Awad adlı qadının bazar ertəsi Azaz şəhəri yaxınlığındakı basqında tutulduğunu söyləyib.

Türkiyə rəsmiləri bu həbsin İŞİD haqqında vacib məlumat toplanmasına yardım edəcəyini bildirib, media yazır.

Bağdadi ötən ay ABŞ ordusunun Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat zamanı özünü öldürüb.

Onun ölümü ABŞ prezidenti Donald Trump-ın qələbəsi kimi qarşılansa da, tənqidçilər İŞİD-in Suriyada və başqa yerlərdə hələ də təhlükə kimi qaldığını iddia edirlər.

Bir Türkiyə rəsmisi Reuters xəbər agentliyinə deyib ki, Bağdadinin böyük bacısının həbsi "İŞİD-in daxili işlərinə" aydınlıq gətirə biləcək.

Bağdadinin bacısı haqqında az şey məlumdur. BBC hələ ki, həbs olunan qadının şəxsiyyətini müstəqil mənbələrlə təsdiq edə bilməyib.

New York Times xəbər verir ki, Bağdadinin beş qardaşı və bir neçə bacısı var. Onların hamısının sağ olub-olmadığı məlum deyil.

Rasmiya Awad-ın Hələb əyalətində saxlandığı bildirilib. Hələb ötən ay Suriyaya hərbi müdaxilə etmiş Türkiyənin nəzarətindədir.

Rasmiya Awad əri, gəlini və beş uşağı ilə birlikdə yaşadığı treylerdə tapılıb.

Bir türk rəsmisi AP xəbər agentliyinə verdiyi açıqlamada onun ekstremist qrupla əlaqədə olması şübhəsi ilə dindirildiyini deyib.

Mütəxəssislər isə bildirir ki, Rasmiya Awad-ın nə qədər faydalı kəşfiyyat məlumatı verə biləcəyi və ya Bağdadi ilə nə qədər vaxt keçirdiyi məlum deyil.


Əbubəkr Bağdadinin bacısı saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yusif Məmmədov peşakar rinqdə Asiya çempionunu məğlub etdi - VİDEO
    Yusif Məmmədov peşəkar döyüş rinqlərində ölkəmizi təmsil etməkdədir.
     07.12.2019
    Azərbaycan nefti bahalaşmaqda davam edir
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     07.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ