EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.07.2020 17:37:34

Bu sözləri Azərbaycanın tanınmış ilahiyyatçı alimi Seyid Mirhəmid Məmmədov bildirib.

Bildiyimiz kimi son günlərdə Ermənistan Azərbaycan sərhədində ermənilər növbəti təxribat həyata keçirib. Azərbaycanın yüksək rütbəli zabitləri şəhid olublar.

Bundan sonra Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Bakıda Dövlətə, Orduya dəstək aksiyaları keçirilib. Lakin aksiyalarda kiçik təxribatlar da baş verib, lakin qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb.

Məsələ ilə bağlı az.shafaqna.com Azərbaycanın tanınmış ilahiyyatçısı, Bakının İmam Rza (ə) məscidinin imamı, alim Seyid Mirhəmid Məmmədovdan münasibət alıb.

O ilk növbədə cəbhədə baş verən döyüşlərdə qəhrəmancasına şəhid olanlara Allahdan rəhmət diləyərək, ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Dövlətə, Orduya dəstək yürüşləri və kiçik təxribatlara toxunan ilahiyyatçı deyib: “Bu aksiyalar Azərbaycan Dövləti, Azərbaycan Ordusuna səmimi dəstək idi. Amma təəssüf ki, ziyalılarımız orada olmadığı üçün başqa istiqamətdə təxribat yaşandı. Bu təxribatlara imkan vermək olmaz. Biz 90-cı illərdə bu cür vəziyyətdən yararlananların çirkin planlarını icra edənləri görmüşük. Bu Azərbaycan Dövlətinə və Ordusuna dəstək xarakterli keçirilən yürüşlərin kiçik iğtişaşçılarla əlaqəsi yoxdur. Bu Azərbaycan Dövlətinə açıq-aşkar bir dəstək idi. Bu düşmənə ağır da olsa, Azərbaycan xalqının dövlətinə, ordusuna dəstək mesajı idi. Ümumiyyətlə narazılıqları sonraya saxlamaq lazımdır, bu gün Azərbaycan Dövlətinin, Ordusunun yanında durmaq lazımdır. Bu yürüşlərdə gənclər çoxluq təşkil edirdi. Ziyalı, ağsaqqal olmayan yerdə adətən fürsətçilər istifadə edir. Bir daha deyirəm buna imkan vermək olmaz. Həmçinin bu cür fitnə və təxribatlara heç kəs uymamalıdır. Bu düşmənin xeyrinə olan şeylərdir. Düşmən ordumuzdan qorxduğu kimi xalqımızın birliyindən də qorxur. Bu dəstək aksiyaları yaxşıdır, amma ordumuzun kifayət qədər gücü var. Orduya qatılmaq özbaşına olmur, əgər ehtiyac olarsa ordumuz məlumat verəcək, o zaman insanlar da orduya qoşula bilərlər. 

Allah şəhidlərimizin məqamını uca etsin, xalqımıza birlik, hərbçilərimizə – Ordumuza düşmən qarşısında qələbə qazanmaq gücü və qüdrəti nəsib etsin!”

Qeyd edək ki, bu gün Azərbaycanın DİN və Baş Prokurorluğu bu haqda məlumat yayaraq bildirib ki, İyul ayının 14-ü Bakı şəhərində keçirilən yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq.

Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərmiş və zor tətbiq etmiş, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.”, -deyə məlumatda vurğulanıb.


Bu yürüşlər Azərbaycan Ordusuna səmimi dəstək idi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Krımın Simferopol şəhərində yeni məscid tikiləcək
    Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
     13.08.2020
     Pərviz Şahbazov  Rza Ərdakanianla videoformatda görüş keçirib
    Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ