Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.01.2022 17:22:57

ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etməyə icazə verib.

İslamazeri.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında qeyd olunur.

“Dövlət Departamenti ABŞ-dan olan diplomatların Ukraynanı könüllü şəkildə tərk etməsinə icazə verib və Rusiyanın davam edən hərbi təhlükəsi səbəbindən bu şəxslərin ailə üzvlərinin də Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib”, - bəyanatda deyilir.

Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına da artıq indidən bu ölkəni tərk etməyi düşünməyi tövsiyə edib.

Həmçinin Böyük Britaniyanın Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının Kiyevdən təxliyəsinə başlanılıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Ukraynada yerləşən səfirlikdən diplomatlarının təxliyəsinə hazırlaşan digər ölkə isə Avstriyadır.

Bu açıqlama ilə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Brüsseldə Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.


Bu ölkələrin diplomatları Ukraynanı tərk edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ