İran, Türkiyə, Suriya və Rusiya arasında dördtərəfli görüş bu gün Moskvada keçiriləcək.
İran, Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin müavinləri bu gün, aprelin 3-də bir araya gələcək.
İslamazeri.com xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, İran, Türkiyə, Suriya və Rusiya arasında dördtərəfli görüş bu gün Moskvada keçiriləcək.
İran, Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin müavinləri Ankara və Dəməşq arasındakı problemləri həll etmək üçün dördtərəfli görüş keçirəcəklər.
Qeyd edək ki, əvvəlcə martın 15-16-da Moskvada keçirilməsi planlaşdırılan “dördlü sammit”in təxirə salındığı açıqlanmışdı.