Bu 4 vaxtda dua etməkdən qafil olmayın!

Bu 4 vaxtda dua etməkdən qafil olmayın!
Yayınlanma tarixi: 9.05.2023 18:25:18

İslamazeri.com-un "Din" rubrikasından...

Allah Təala biz müsəlmanlara dua etməyi tövsiyə etmişdir və hər kim dua etməz, Uca Allah onu müşrik adlandırmışdır. Dua etməyin xüsusi zaman və məkanlarını bizə tanıtmışdır ki, dualarımız daha tez yerinə yetə bilsin. Bu zamanlardan biri də yağış yağan zamandır. Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki, yağış yağan zaman İlahi rəhmətin qapıları açılar. Ona görə də bu zaman edilən dualar səmaya qalxar və Allaha çatar. (Tebyan)

Allah buyurur: “Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. (“Bəqərə” 186).
“Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60).
Dua əslində Allahdan istəməkdir. Dinimizdə dua ibadət sayılır. Duanın qəbul olmasının şərtləri və şəraitləri vardır. Allah Taəal buyurur ki, Məndən istəyin ki, sizə verim. Ancaq insan Allahdan elə şeyləri istəməlidir ki, onun xeyirinə olsun, ziyanına deyil. İnsan Allahdan mümkün olan şeyləri istəməlidir. Bəzən biz elə dualar edirik ki, onun nə qədər ziyanlı olduğunu dərk etmirik. Ona görə də Allah bizim bu dualarımızı yerinə yetirmir.
Yuxarıda qeyd etdiyimiz kimi, duanın xüsusi zamanları vardır ki, onlardan biri də yağış yağan zamandır. İmam Sadiq (ə) buyurur:“İmam Əli (ə) hər il yağan ilk yağışda onun altında qərar tutardı, o zamana qədər ki, başı, saqqalı, paltarı yaş olardı. O zaman ki, Həzrətdən (ə) xahiş edirlər ki, islanmamaq üçün tavanın altına girsin, buyurardı: “Bu, o sudur ki, Allahın ərşinə yaxındır””.
İmam Sadiq (ə) buyurur: “Dörd vaxtda duanın ardınca olun: külək əsən zaman, kölgələr itən zaman (zöhr zamanı), yağış yağan zaman və şəhidin ilk qanı tökülən zaman. Çünki bu vaxtlarda səmanın qapıları açılar”.
İmam Əli (ə) buyurur: “Dua etməyi beş vaxtda qənimət bilin: Quran oxuyan zaman, azan oxunan zaman, yağış yağan zaman, iki ordunun şəhadət üçün üz-üzə gəldiyi zaman, məzlumun dua etdiyi zaman ki, hicablar ərşdən götürülər”.
İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: “Duanı dörd halda qənimət bilin: Quran oxuyan zaman, azan deyən zaman, yağış yağan zaman, o zaman ki, iki ordu cihad üçün üz-üzə gələr”.
İmam Sadiq (ə) buyurur: “Üç vaxt vardır ki, onda duanın yerinə yetməsi üçün Allah tərəfində maneə və hicab olmaz: vacib namazdan sonra edilən dua, yağış yağan zaman edilən dua, Allahın qüdrətinin yer üzündə təbiətin ziddinə nişanələrinin zahir olduğu zaman edilən dua”.

GÜNÜN MANŞETLERİ