Böyük Britaniya Daxili İşlər Nazirliyi tələbə vizası sahiblərinin ailələri üçün viza müraciətində edilən dəyişikliklərlə bağlı açıqlama verib.
İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, İngiltərədə immiqrasiyanın azaldılması siyasətinin bir hissəsi olaraq xarici tələbələr müəyyən şərtlər istisna olmaqla 2024-cü ilin yanvar ayından etibarən himayəsində olan valideynlərini ölkəyə apara bilməyəcəklər.
Böyük Britaniya Daxili İşlər Nazirliyi tələbə vizası sahiblərinin ailələri üçün viza müraciətində edilən dəyişikliklərlə bağlı açıqlama verib.
Açıqlamada bildirilir: “Xarici tələbələr tədqiqat proqramı olaraq təyin olunan aspiranturada iştirak etmədikcə himayəsində olan adamları özləri ilə Böyük Britaniyaya gətirə bilməzlər. Bu tələbələrə qabaqcadan plan qurmağa vaxt vermək üçün sözügedən dəyişiklik 2024-cü ilin yanvarından qüvvəyə minəcək”.