EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.03.2019 10:05:32

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Boks Federasiyasından İslamazeri.com-a verilən məlumata görə, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29628) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz 4 millinin hesabındadır. Rusiya boksçuları 7 dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər 3 ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.


Boksçumuz Avropa çempionu tituluna yiyələnib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda dənizdən qadın meyiti tapılıb - FOTOLAR (18+)
    Aprelin 17-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
     19.04.2019
    Orqan alverinin qurbanları məhkəmədə şikayətlərinin olmadığını dedilər
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ