EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.09.2018 16:07:22

TŞ Əhvazdakı “iyrənc və qorxaq terror aktını ən qəti şəkildə pisləyir”.

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, BMT Təhlükəsizlik Şurası (TŞ) İranın Əhvaz şəhərində törədilmiş terror aktını pisləyib və hücumun təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasına dair çağırış edib.

TŞ üzvləri qeyd edirlər ki, bu utancverici terror aktlarının icraçılarını, təşkilatçılarını və sponsorlarını məsuliyyətə cəlb edərək məhkəməyə təhvil vermək lazımdır.”, - deyə BMT TŞ-in mətbuat üçün bəyanatında deyilir.

Beynəlxalq hüquqa və BMT-in müvafiq qətnamələrinə əsasən, TŞ dünya ölkələrini bu məsələdə aktiv şəkildə İran hökuməti ilə əməkdaşlıq etməyə səsləyir.

Sənəddə vurğulanır ki, TŞ Əhvazdakı “iyrənc və qorxaq terror aktını ən qəti şəkildə pisləyir” və ölənlərin ailələrinə başsağlığı verir, həmçinin yaralıların tez bir zamanda sağalmasını arzu edir.

Xatırladaq ki, İranın Əhvaz şəhərində hərbi paradda törədilmiş terror aktı nəticəsində 28 nəfər həyatını itirib, 60 nəfər isə xəsarət alıb.


BMT TŞ: Əhvaz terrorunun təşkilatçıları məsuliyyətə cəlb edilməlidirlər!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ