BMT: ''Nigeriyada 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir''

BMT: ''Nigeriyada 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir''
Yayınlanma tarixi: 5/10/2023 5:15:59 PM

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Cens Larke Nigeriyanın şimal-şərqində yaşanan aclıq böhranını qiymətləndirib.

Nigeriyanın şimal-şərqində 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Cens Larke Nigeriyanın şimal-şərqində yaşanan aclıq böhranını qiymətləndirib.
Larke BMT və tərəfdaşlarının uşaqların üzləşdiyi ərzaq böhranı və ərzaq çatışmazlığının aradan qaldırılması üçün 396 milyon dollarlıq yardımla əlaqədar çağırışa start verdiyini bildirib.
Nigeriyanın şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində iyun-avqust ayları arasında 4,3 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini xatırladan Larke deyib: ''Təxminən 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir. Əlavə yardım çatdırılmasa humanitar təşkilatlar yalnız 300 min uşağa yardım edə biləcək''.
Larke bildirib ki, Nigeriyanın şimal-şərq əyalətlərində ərzaq çatışmazlığı yanvar-mart ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycan nefti yenidən bahalaşdı
İQTİSADİYYAT

Azərbaycan nefti yenidən bahalaşdı

4/30/2026 10:23:00 AM
İsrail Qlobal Sumud Donanmasına hücum edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qlobal Sumud Donanmasına hücum edib

4/30/2026 10:06:06 AM
Xəzər dənizində zəlzələ baş verib
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ baş verib

4/30/2026 9:34:27 AM