BMT Baş katibi Azərbaycana təşəkkür edib

BMT Baş katibi Azərbaycana təşəkkür edib
Yayınlanma tarixi: 2.03.2023 14:08:44

Bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə müraciətində BMT baş katibi Antonio Quttereş bildirib.

“Postpandemiya dövründə gələcəyə baxdıqda xüsusən gənclərə diqqət yetirməliyik”.

İslamazeri.com xəbər verir ki, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə müraciətində BMT baş katibi Antonio Quttereş bildirib.

Antonio Quttereş deyib ki, dünyada 2 milyard gənc yaşayır, onların 90 faizi inkişaf etməkdə olan ölkələrdədir:

“İqtisadi və sosial əlaqələri və təmasları gücləndirsək, cəmiyyətlərimiz sülh, firəvanlıq və dayanıqlı inkişafdan bəhrələnəcək. Dayanıqlı İnkişaf məqsədləri çərçivəsində gəncləri daha inklüziv və dayanıqlı sülhə doğru tədbirlərə yönəltməliyik. Azərbaycanı gənclərlə işləmək və Qoşulmama Hərəkatı çərçivəsində gənclərin 2022-ci ilin iyul ayında Bakıda keçirilən sammitini, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunmasını təqdirəlayiq hesab edirəm”.

GÜNÜN MANŞETLERİ