Biri İŞİD üzvü olan 2 nəfər Türkiyədən İrana keçmək istəyərkən tutuldu

Biri İŞİD üzvü olan 2 nəfər Türkiyədən İrana keçmək istəyərkən tutuldu
Yayınlanma tarixi: 9.05.2023 10:58:47

Biri İŞİD üzvü olan 2 nəfər Türkiyədən İrana keçmək istəyərkən tutuldu.

Türkiyə Milli Müdafiə Nazirliyi 1-i İŞİD terror təşkilatının üzvü olan 2 şübhəlinin qanunsuz yollarla İrana keçməyə cəhd edərkən yaxalandığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) “Twitter” səhifəsində açıqlama yayıb.

Məlumatda bildirilib ki, 1-i İŞİD terror təşkilatının üzvü olan 2 nəfər Türkiyədən qanunsuz yollarla İrana keçməyə cəhd edərkən yaxalanıb.

Açıqlamada həmçinin bildirilib: “Sərhədlərimizin təhlükəsizliyi üçün qeyri-qanuni keçidlərə qarşı mübarizəmizi davam etdiririk. 

Sərhəd qartallarımız ölkəmizdən qanunsuz yolla İrana keçmək istəyən 2 nəfəri yaxalayıb. Axtarışlar zamanı həbs edilən şəxslərdən birinin İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib."

GÜNÜN MANŞETLERİ