Birdəfəlik ödəmə verilən I Qarabağ müharibəsi əlillərinin sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 16,2 min şəxsə birdəfəlik ödəmə verilib.