EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.03.2018 00:22:20

Bir qrup ektremist İran İslam Respublikasının Londondakı səfirliyinə hücum edib

İslamazeri.com xəbər verir ki, İranın Londondondakı səfirliyinə özlərini "Şiraziçi" adlandıran şəxslər hücum edib. Qara paltarlı şəxslər İranın diplmatik korpusunun binasına çıxaraq İran bayrağını oradan çıxararaq, göy rəng bayraqlarını ora sancıblar.

Məlumata görə, bu şəxslər bir neçə gün öncə həbs edilmiş Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz olaraq bu addımı atıblar.


 

Özünün Twitter səhifəsində bu haqda məlumat verən, İranın Londondakı səfiri Həmid Beidnejad, insidenti təsdiq edərək, ektremistlərin dəyənək və bıçaqlarla silahlandığını, bayrağı yerə ataraq göy bayraqlarını sancdığını təsdiqləyib. O ərazidə ekstremistlərin qalma ehtimalını da önə çəkib.


İranın XİN sözcüsü Bəhram Qasimi bu hücumu tənqidd edərək, Britaniya hökümətinin səfirlik işçilərinin həyatında və ümumiyyətlə bu olayda məsuliyyət daşıdığını bildirib.

İran tərəfi London polisinin hücumu bildiyini bildirərək, bu hücuma zəmin yaratmaqda ittiham edib. Məlumata görə, hücum edən şəxslər Londonda Sadiq Şiraziyə yaxınlığı ilə bilinən qruplaşma üzvləridir. Londondakı İran səfiri Həmid Beidnejad "Fars" agentliyinə müsahibəsində bildirib ki, hücum edən şəxslər İslam Peyğəmbərinin (s) həyat yoldaşı Xanım Aişə və Əhlisünnənin müqəddəs şəxslərinə lənət və söyüşlə bayraqlarını İranın diplomatik korpusuna sancıblar.

Ekstremistlər hücumdan 3 saat sonra saxlanılıblar. İngilis polisi saxlanılanların adlarını açıqlamayıb.


Bir qrup ektremist İranın Londondakı səfirliyinə hücum edib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ