Hadisə dünən gecə olub
İslamazeri.com “az.shafaqna.com”-a istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutun Tariq-əl-Cədidə yaşayış kvartalında elektrik generatoru üçün solyar yağının (“solyarka) saxlanıldığı anbarda partlayış baş verib.
Digər məlumata görə isə, anbarda benzin bidonları və mazut çəni olub.
Partlayış yanğına səbəb olub.
Hadisə yerinə gələn yanğın söndürən komandaları alovla mübarizə aparır.
Bununla yanaşı, hərbçilər və könüllülər yaxınlıqda yerləşən evlərdəki insanların təxliyəsi ilə məşğuldurlar.
Ən son məlumatlara görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 50-dən çox insan isə yaralanıb.
Beyrutda güclü partlayış: Ölənlər və yaralılar var - VİDEO