Qeyd edək ki, ötən gün Beyrut limanında böyük yanğın baş verib.

İslamazeri.com “Russia Today”-a istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun Beyrut limanındakı yanğının sabotaj nəticəsində baş vermiş olduğunu istisna etməyib.
Həmçinin o, “səhlənkarlıq və ya texkini nasazlığın da” hadisənin baş verməyinə gətirib çıxarmış ola biləcəyini də ehtimallar arasında sadalayıb.
“Bugünkü yanğın (10 sentyabr - red.) məqsədli sabotaj aktı və ya texniki nasazlıq, bilməmə və ya başısoyuqluğun nəticəsi olmuş ola bilər. Hər bir halda səbəb mümkün qədər tez aydınlaşdırılmalı, günahkarlar isə cəzalandırılmalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Beyrut limanında böyük yanğın baş verib.
Xatırladaq ki, 4 avqustda Livan paytaxtında güclü partlayış baş verib. 190 insan həyatını itirib, 6,5 mindən çox insan yaralanıb, ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib.
Beyrut limanındakı yanğının sabotaj olması istisna deyil - Livan Prezidenti