Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək.
Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən “İslamazeri.com”a verilən məlumata görə, IBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.
O, səfər zamanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və ABF-in prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın məşqçiləri ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.
Qeyd edək ki, IBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.