1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:19.02.2020 10:32:44

Alimlərin araşdırmaları oğurluq və zorakılıq edənlərin, eləcə də yalan danışanların beyinlərinin daha kiçik olduğunu aşkar edib.

İslamazeri.com bbc-yə istinadən xəbər verir ki, alimlərin araşdırmaları oğurluq və zorakılıq edənlərin, eləcə də yalan danışanların beyinlərinin daha kiçik olduğunu aşkar edib.

Maqnit rezonans tomoqrafiyasının (MRT) nəticələrinə görə, uşaqlıqda antisosial şəxsiyyət pozuntusu olan 45 yaşlarındakı şəxslərin beyinlərinin səthi daha dar və beyinlərinin bəzi hissələrindəki pərdələr daha incə olur. Bu xüsusiyyət antisosial davranışlarla əlaqələndirilir.

Lakin bu vəziyyətin irsi olub-olmadığı, narkotik maddə asılılığı, aşağı İQ və əqli sağlamlıqla əlaqəli olub-olmadığı bəlli deyil.

Alimlər 700 könüllünün anadan olandan bu günədək olan MRT nəticələrini araşdırıb.

Könüllülər üç ayrı qrupa ayrılıb:

  • Antisosial davranışları mütəmadi olmayanlar
  • Təkcə yeniyetmə dövründə antisosial olanlar
  • Bütün həyatı boyunca antisosial davranışlar göstərənlər

Son qrupda olan və aralarında zorakı cinayət işləyənlərin də olduğu 80 nəfərin beyinlərində struktur fərqliliyinin olduğu görülüb.

Mütəxəssislər araşdırmanın nəticələrini Lancet Psychiatry jurnalında dərc edib. Bu araşdırma həyatları boyunca ətraflarına hücum edən şəxslərin neyropsixoloji fərqliliklərinin olduğunu da təsdiqləyir.

Alimlərin fikrinə görə, uşaqlıqdan başlayaraq yeniyetməlik dövründə də antisosial davranış pozuntuları göstərənlər, xəstəxanaya yerləşdirilmə riski olanlar, həyatlarının sonrakı dövrlərindəki fiziki və əqli sağlamlığı zəifləyənlər "bir növ əlil kateqoriyasında" ola bilərlər.

Londonun UCL universitetindən və araşdırmada imzası olan Dr Christina Carlisi "beyinlərində antisosial davranışların qarşısını ala biləcək sosial bacarıqlarının inkişaf etməsini çətinləşdirən bir struktur fərqliliyi ola bilər" deyir.

Araşdırmanın müəlliflərindən olan professor Essi Viding də bu qrupda yer alan şəxslərin "anlayış və köməyə ehtiyacı olan şəxslər" olduqlarının dərk edilməsi və "şeytanlaşdırılmamaları" gərəkdiyini deyir.


Beyinləri kiçik olanlar oğurluq və zorakılığa meyllidir - Alimlərin yeni araşdırması...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu Bərdənin qisasını aldı - VİDEO 1
    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Bərdədə mülki vətəndaşları hədəfə almasına cavab olaraq geniş əməliyyat keçirib.
     28.10.2020
    Gürcüstanda yaşayan müsəlmanlar Makronun İslama qarşı addımlarını qınadılar
    Emmanüel Makronun İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-ə qarşı təhqiramiz addımını lənətləyirik!
     28.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ