Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd kimyəterapiya kursundan sonra ilk dəfə şəklini paylaşıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd kimyəterapiya kursundan sonra ilk dəfə şəklini paylaşıb.
Şəkildə Suriyanın birinci xanımı başını yaylıqla örtüb.
Qeyd edilir ki, ağır xəstəliyə baxmayaraq, Əsma Əsəd ictimai işlərlə məşğul olmağa davam edir.
Müalicənin birinci kursundan dərhal sonra o, elmi olimpiadanın təşkili və keçirilməsinə dair iclasda iştirak edib.
Xatırladaq ki, 42 yaşlı Əsma Əsədə bədxassəli şiş diaqnozu qoyulub. Bu haqda hələ avqust ayında bəlli olmuşdu.
Suriya KİV-lərinin məlumatına görə, xoşbəxtlikdən diaqnoz xəstəliyin ilkin mərhələsində qoyulub, elə buna görə də həkimlər yaxşı proqnozlar verirlər.
Bəşər Əsədin xərçəngdən əziyyət çəkən xanımı müalicədən sonra ilk dəfə şəkil paylaşdı - FOTO