Bəşər Əsəd Ciddə şəhərində Tunis prezidenti ilə görüşüb

Bəşər Əsəd Ciddə şəhərində Tunis prezidenti ilə görüşüb
Yayınlanma tarixi: 19.05.2023 15:50:27

Görüşdə prezidentlər iki qardaş ölkə arasında ikitərəfli əlaqələri və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Ərəb Liqasının Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedən Suriya prezidenti Bəşər Əsəd Tunis prezidenti Qeys Səidlə görüşüb.

İslamazeri.com xəbər verir ki, bu görüşdə prezidentlər iki qardaş ölkə arasında ikitərəfli əlaqələri və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, görüşdə Bəşər Əsəd Suriya ilə Tunis arasında normal və tarixi əlaqələrin bərpasını alqışlayıb və qeyd edib ki, bu əlaqələr təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də mədəni, intellektual və xalq səviyyəsində gücləndirilməlidir.

Suriya prezidenti diqqətə çatdırıb ki, ərəb və beynəlxalq arenada ortaq fəaliyyət planı hazırlamaq üçün iki ölkənin rəsmiləri və səfirlərinin görəcəkləri çox iş var.

Bəşər Əsəd Suriya və Tunisin qaranlıq cərəyana qarşı yan-yana durduğunu, çünki ortaq düşüncə, şüur və aidiyyət məsələsi olduğunu və bunun kənardan hədəf alındığını bildirib.

Tunis prezidenti isə öz növbəsində bildirib:

"Siz bizim qardaşlarımızsınız və sizi incidən bizi də incidir, Suriya bizim ölkəmizdir və Fransanın müstəmləkəçiliyi dövründə Suriyaya sığınan çoxlu tunisli olub.

Suriyanın Ərəb Məqrib Liqası ilə əlaqələri həmişə əla olub".

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55