1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.09.2017 11:39:53

Bəhreynli siyasi məhbusların aclıq aksiyası beşinci gününə daxil olub

İslamazeri.com xəbər verir ki, Bəhreynin dini və siyasi məhbuslarının aclıq aksiyasına başlaması Ali-Xəlifə qüvvələrininin narahatçılığına səbəb olub.
“Hozul-caf” və “Cəv” həbsxanalarında başlanılan aclıq aksiyası artıq beşinci gününü geridə qoyub. Rejim qüvvələri dünəndən etibarən məhbusların aclıq aksiyasına son qoymaları üçün fəaliyyətə başlayıblar. Bütün bunlara baxmayaraq məhbuslar dözür və istəklərinin reallaşacağı anadək aksiyanı davam edəcəklərini bildirirlər. Bu haqda Bəhreynin İnsan haqları müdafiəçiləri ərəb medialarına açıqlama veriblər. Məlumata görə, dünən səhər saatlarından etibarən bir çox məhbusun halının pisləşdiyi bildirilir. Bundan əlavə, aksiya keçirən məhbuslar digərlərindən ayrılaraq, daha kiçik kameralara köçürürlüb.
Həbsxanaya su verilmir və məhbusların aclıq və susuzluqdan ölmə ehtimalı güclüdür.
Qeyd edək ki, məhbuslar havanın həddindən artıq isti olmasına baxmayaraq kameralarından çıxarılaraq, müxtəlif çadırlarda saxlanılır.


Bəhreyndə bütün siyasi məhbuslar aclıq aksiyası keçirir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ