Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:30.12.2019 15:20:54

Ayətullah Şeyx İsa Qasim, bütün siyasi məhbusların və xüsusilə Şeyx Əli Salmanın azad olunmasını istəyib.

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Bəhreyn İnqilabının mənəvi lideri olan Ayətullah Şeyx İsa Qasim, Əl-Vifaq İcmasının Baş Katibi Şeyx Əli Salmanın həbsinin 5-ci ildönümü münasibətilə etdiyi açıqlamada; Bəhreyndəki siyasi məhbusların həbsinin insanlığa qarşı bir cinayət,  bütün dəyərlər və qanunlara qarşı ciddi bir pozuntu olduğunu qeyd edib.

Bəhreyn mediasında bu açıqlama yayılıb.

“Bəhreyn böhranının həllinin açarı siyasi bir həlldir.”, -  deyərək, Bəhreyndəki azadlıqlara vurulan bütün zəncirlərin qırılmasını önəmli addım sayıb.

“Haqlarını tələb edən aksiya iştirakçılarının həbs olunması və Şeyx Əli Salmanın həbs edilməsi, məzlumiyyətin göstəricisidir. Şeyx Əli Salmanın çıxışlarında və siyasi duruşunda ölkənin birliyi və etirazların sivil olmasını vurğulaması hər kəsə  məlumdur.”, -deyə Şeyx İsa Qasim əlavə edib.

Qeyd edək ki, Şeyx Əli Salman, 2014-cü ildə saxlanıldı və 2015-ci ildə 4 il həbsə məhkum edilsə də, apellyasiya məhkəməsi onun həbs müddətini 5 il artıraraq 9 ilə dəyişdi.

Bəhreyn 14 fevral 2011-dən bu günə qədər ALİ-Xəlifə rejiminə qarşı xalq etirazlarına səhnə olmuş, çox sayda Bəhreyn vətəndaşı şəhid olmaqla yanaşı, bəzi etirazçılara ağır cəzalar verilib.

Ayətullah İsa Qasim kimdir?


Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasimdən Ali-Xəlifə rejiminə MESAJ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İbrahim Rəisi: İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir
    "İran İslam Respublikası, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir."
     28.11.2021
    İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib
    "Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir."
     28.11.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ