Bayramov və Abdullahiyan münasibətlərdəki son vəziyyəti müzakirə ediblər

Bayramov və Abdullahiyan münasibətlərdəki son vəziyyəti müzakirə ediblər
Yayınlanma tarixi: 11/15/2022 10:01:27 AM

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyəti müzakirə ediblər.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Xarici İşlər Nazirlyindən bildirilib.

Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər.

Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM