Baydenin sözlərinə Netanyahudan sərt cavab

Baydenin sözlərinə Netanyahudan sərt cavab
Yayınlanma tarixi: 29.03.2023 11:38:44

Benyamin Netanyahu çərşənbə axşamı gecə ABŞ prezidentinin bəyanatlarına reaksiya verib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı gecə ABŞ prezidentinin bəyanatlarına reaksiya verərək deyib: İsrail öz qərarlarını xarici təzyiqlərə görə qəbul etmir.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu deyib:

“İsrail dövlətinin suveren hüququ var və qərarlarını xarici təzyiqlərə əsaslanaraq vermir”.

Qeyd edək ki, işğal olunmuş ərazilərdəki böhranla bağlı ABŞ prezidenti çərşənbə axşamı axşam deyib:

"Ümid edirik ki, Netanyahu İsraildə məhkəmə islahatları planından geri çəkiləcək. Netanyahu bu yaxınlarda Ağ Evi ziyarət etmək üçün dəvət almayıb".

GÜNÜN MANŞETLERİ