Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.11.2021 10:42:07

“Orteqa hökumətinin və onu dəstəkləyənlərin repressiv və sərt hərəkətləri ABŞ-ı hərəkətə keçməyə məcbur edir” - deyə Bayden bildirib.

ABŞ Prezidenti Cozef Bayden Nikaraqua hökuməti üzvlərinin ölkəyə girişini qadağan edən fərman verib.

İslamazeri.com-un “Report"-a istinadən məlumatına görə, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Sənəddə qeyd edilir ki, Prezident Daniel Orteqanın başçılıq etdiyi Nikaraqua hökuməti üzvlərinin, o cümlədən həyat yoldaşı və Vitse-prezident Rosario Murilyonun immiqrant və qeyri-immiqrant kimi Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq və dayandırmaq Birləşmiş Ştatların maraqlarına uyğundur. Murilyo və digərləri demokratik təsisatları sarsıdan və ya zədələyən və ya Nikaraquada demokratiyaya qayıdışına mane olan siyasət və ya hərəkətləri inkişaf etdirən, həyata keçirən və ya onlardan faydalanan şəxslərdir.

“Persona non qrata” siyahısına həmçinin seçilmiş vəzifəli şəxslər, onların aparatının üzvləri, merlər və müavinləri, o cümlədən təhlükəsizlik orqanlarının, dövlət qurumlarının, penitensiar xidmətin, ədliyyə və Daxili İşlər Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri də daxildir. Sanksiyaların təsirinə məruz qalanların ailə üzvlərinin də ABŞ-a girişi qadağan edilib.

Bayden həmçinin Nikaraquaya qarşı sanksiyalar rejimini də bir il uzadıb.


Bayden bu ölkənin hökumət üzvlərinə ABŞ-a girişi qadağan etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ