Batumidə termoskrininq üçün ilk çadır quraşdırılıb.

İslamazeri.com 1TV-a istinadən xəbər verir ki, Batumi şəhərinin girişində termoskrininq üçün ilk çadır quraşdırılıb.
Termoskrininq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilir. Yüksək temperatur müəyyən edildikdə, həmin şəxs çadıra yerləşdirilir və orada mütəxəssislər onun barədə məlumatları qeyd edirlər.
Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradzenin sözlərinə görə, əgər şəxsdə 37-38 dərəcə aralığında yüksək olmayan temperatur müəyyən edilirsə, o, Qızdırma Mərkəzinə göndərilir, yüksək temperatur müəyyən edildikdə isə o, koronavirus testinin cavabı çıxanadək karantinə alınır.
Qeyd edilir ki, bu cür postların sayı artırılacaq. (az.shafaqna.com)
Xatırladaq ki, Gürcüstanda COVID-19 xəstələyinin ikinci dalğası başlayıb.
Batuminin giriş-çıxışında qızdırma ölçən çadırlar quraşdırıldı