Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlara Baş Prokurorluq münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, 2015-ci il aprelin 15-də Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq üç gün ərzində saxlayıb dəfələrlə zorlayıb, həmçinin zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkiliş aparıb.
Həmin il aprelin 18-də Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədilə onu qətlə yetiriblər.
Baş Prokurorluqdan Gəncə şəhər sakininin döyülərək qətlə yetirilməsi barədə yayılan xəbərlərə reaksiya