EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:13.04.2019 02:57:40

Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğunun birgə məlumatında bildirilir.

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğunun birgə məlumatında bildirilir.

Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

Həmçinin bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində insanların hissiyyatına toxunan əsassız məlumatların yayılıb.

“Bununla bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq bəzi saytlarda dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə, tədris prosesinin normal həyata keçirilməsinə mənfi təsir göstərən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmaqla konkret faktlara əsaslanmayan, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib”, - deyə prokurorluğun məlumatında qeyd olunur.

Baş Prokurorl bir daha kütləvi informasiya vasitələrinə və sadalanan pozuntulara yol verən şəxslərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə mövcud qanunların tələblərinə riayət etmələrinə dair xəbərdarlıq edib:

“E.Hacıyevanın özü, ailəsi və yaxın ətrafı ilə bağlı qeyri-dəqiq, düzgünlüyü yoxlanılmadan paylaşılmış, cinayət işi üzrə həqiqətə uyğun olmayan, istintaq sirri təşkil etməklə, konfidensial informasiya hesab olunan məlumatların yayılmasının və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün monitorinq həyata keçirilərək bu cür hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək”.

Hazırda cinayət işi üzrə bütün xüsusatların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Baş Prokurorluq və Təhsil Nazirliyindən Elinanın ölümü ilə bağlı birgə MƏLUMAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ