EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:22.07.2019 17:45:34

Buradakı vəziyyət nəzərə alınaraq evlərin söküntüsünə də başlanılıb.

Bura “Bakının Şanxay”ıdır. Dəmir yolunun kənarındakı bu qəsəbə 1 küçədən ibarətdir. Bakılılar buranı Şanxay kimi tanıyır. Buranın belə adlandırılmasının əsas səbəbi isə evlərin sıx yerləşməsidir.

İslamazeri.com ARB TV-yə istinadən xəbər verir ki, buranın ilk sakinləri 1950-ci illərin sonlarında Keşlə qəsəbəsində fəaliyyət göstərən beton zavodunun işçiləri olub.

İkinci köç isə 1990-cı illərin əvvəllərində reallaşıb. Müharibə səbəbindən evlərindən didərgin düşənlərin üz tutduğu yaşayış ərazilərindən biri də bura olub.

Müstəqillik dövrünün ilk illərində kənddən şəhərə üz tutanlar da artdıqca bu yerdə dəmir yoluna yaxın evlərin sayı çoxalmağa başlayıb.

Tikililərin xəttdə çox yaxın yerləşməsi səbəbindən həyatını itirənlər də az olmayıb. Evlərin arasıyla hərəkət edən qatarlar uzun müddət sakinlərin kabusuna çevrilib.

Buradakı vəziyyət nəzərə alınaraq evlərin söküntüsünə də başlanılıb. Bir müddət əvvəl dayandırılan söküntü işləri sakinlərin bir qismini narazı salıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən öyrəndik ki, dəmir yolunun mühafizə zolağında yerləşən 476 qeyri-qanuni tikilinin əksəriyyəti sökülüb.

21 evin söküntüsü isə müəyyən səbəblərdən gecikir. Lakin bu məsələnin həllinin tapılması üçün işlər davam etdirilir.

Qonşularını yola salan, özləri qalan 21 ailənin də evləri söküləcək. Beləliklə “Bakının Şanxayı” tarixə qovuşacaq.


Bakının bu ərazisində evlər sökülür - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ