EURO 1,9349 NEFT 56,54
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:11.10.2018 10:57:58

Tofiq Zülfüqarov: “Prezidentin fikirlərindən ortaya çıxan nəticə budur ki...”

Prezident İlham Əliyev Azərbaycanın ən ciddi problemi ilə bağlı rəsmi Bakının güzəştsiz siyasətini bir daha bəyan etdi, İrəvanı konstruktivliyə çağırdı; Tofiq Zülfüqarov: “Prezidentin fikirlərindən ortaya çıxan nəticə budur ki...”

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövləti başçısı öz çıxışı zamanı ölkəmizin ən ciddi probleminə də ənənəvi qaydada geniş yer ayırıb və bu məsələnin iqtidar üçün prioritet məsələ olduğuna bir daha diqqət çəkib.

Prezident qeyd edib ki, münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Dövlət başçısı Qarabağ ətrafında gedən diskussiyalar zamanı ortaya çıxan suallara da aydınlıq gətirib və müəmmalara son qoyub. Eyni zamanda Ermənistan rəhbərliyinin danışıqların formatı ilə bağlı cəhdlərinin iflasa uğradığına işarə edib. Sitat: “Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir.

Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”. (AZƏRTAC)

İlham Əliyev qarabağla bağlı ile ilgili görsel sonucu

İlham Əliyev qeyd edib ki, bununla yanaşı, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: “Azərbaycan ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

Ölkə başçısının növbəti fikirləri Azərbaycanın hansısa bloklara qoşula biləcəyi ilə bağlı müzakirələrə də son qoyur. Bir daha aydın olur ki, Ermənistanın “Azərbaycan KTMT-yə üzv ola bilməyəcək” kimi bəyanatının heç bir mənası yoxdur, çünki Azərbaycanın, ümumiyyətlə, belə bir istəyi, arzusu yoxdur. Eyni zamanda rəsmi Bakının digər beynəlxalq təşkilatlara üzv olmaq niyyətinin olmadığı da vurğulanıb. Prezidentin fikirlərindən bir daha bəlli olur ki, Azərbaycanın əsas hədəfi hansısa quruma üzvlük deyil, siyasətinin prioriteti ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar sayəsində Ermənistanın işğalı altındakı ərazilərimizi azad etməkdir.

Sitat: “Bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilmişdir. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında ”Tərəfdaşlıq prioritetləri" sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir".

Sabiq xarici iÃ…ŸlÉ™r naziri Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, dövlət başçısının fikirlərinə daha geniş prizmadan yanaşılmasının tərəfdarıdır: “Söhbət təkcə danışıqların formatının dəyişməsindən getmir. Biz başa düşürük ki, indiki mərhələdə danışıqların effekti yoxdur, heç bir nəticə verə bilməz. Çünki Ermənistan tərəfində konstruktiv mövqe yoxdur. Odur ki, mən bu fikri konfliktin məzmununa aid edirəm. Yəni konflikt iki ölkə arasındadır və birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlıdır. Ermənistanın bu münaqişədə tərəf olması onu sübut edir. Dövlət başçısının da dediklərindən belə nəticəyə gəlirik ki, konfliktin formatı birmənalı şəkildə iki dövlət arasındadır və bu format dəyişmir. Ermənistanın istəyi belə idi ki, biz qıraqda dururuq, erməni icması ilə Azərbaycan dövləti, yaxud Qarabağdakı oyuncaq ”dövlət"lə Azərbaycan dövləti arasında danışıqlar getməlidir. Dövlət başçısı isə birmənalı şəkildə bu məsələyə prinsipial münasibət bildirdi və qiymət verdi".

Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbə görüşündə Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmalardan danışarkən bildirdi ki, tərəflər operativ əlaqə yaratmaq barədə anlaşıblar. Bu faktın özü İrəvanın Qarabağ məsələsində tərəf olduğunu etiraf etməsi və Bakının müqaviməti qarşısında geri çəkilməsi demək idi. Yəni artıq bundan sonra Dağlıq Qarabağ separatçılarının “tərəf” olaraq sırınması cəhdlərinə yer qalmır. Xüsusilə də Azərbaycan prezidentinin prinsipial mövqeyi məsələyə nöqtə qoyulduğunu deməyə əsas verir. T.Zülfüqarov da bu yanaşma ilə razıdır: “Ermənistan tərəfi həqiqətlərə üstünlük verməyə məcbur oldu. Yəni mümkün deyil ki, Azərbaycan süni şəkildə kabinetlərdə, ya da küçələrdə yaranan sxemləri qəbul etsin”.

Sabiq nazir prezidentin Ermənistanın mövcud rəhbərliyi barədə dediklərini də şərh etdi: “Prezidentin fikirlərindən ortaya çıxan nəticə budur ki, bundan sonra hər şey Ermənistanın mövqeyindən asılıdır. Çünki biz danışıqlar üçün nə lazımdırsa, bununla bağlı zəruri bəyanatlar vermişik və bizim mövqeyimiz hansısa şəkildə dəyişən deyil. Əgər Ermənistan doğrudan da real nəticələr əldə etmək istəyirsə, bu məsələnin həllində maraqlıdırsa, onda top onların tərəfindədir. Təbii ki, söhbət Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll variantından gedir”. 

T.Zülfüqarov Azərbaycanın Ermənistana məsələni sülh yolu ilə həll etmək, həmçinin fəlakətlərdən xilas üçün növbəti şans verdiyi qənaətindədir: “Əslinə qalsa, Ermənistanda ”inqilab" ona görə baş verdi ki, orada böhran vəziyyəti yarandı. Böhran ondan irəli gəldi ki, onlar konflikti həll etməyə maraq göstərmədilər. Nəticədə iqtisadi, siyasi böhran yarandı. Əslinə qalsa, “inqilab”ın səbəbləri bu idi. Əgər münaqişə həll olunmasa, orada vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Yəni sərt mövqelərlə çıxış etməklə, hakimiyyəti gücləndirməklə problemləri həll etmək mümkün deyil. Qarabağla bağlı siyasi iradə nümayiş etdirmək və torpaqları işğaldan azad etmək lazımdır, bunun ayrı yolu yoxdur. Bu, Ermənistanın inkişafına da yol aça bilər".

Keçmiş nazir dövlət başçısının ordumuzun qüdrətini xatırlatmasını da məntiqli hesab edir: “Bu da o deməkdir ki, biz Ermənistanın reallığı nəzərə almasını gözləyirik. Amma biz vəziyyəti real görürük və ordu, güc faktoru kənarda qalmır. Çünki bu torpaqlar güc yolu ilə işğal olunub. Deməli, əgər danışıqlar yolu ilə azad olunmasa, güc vasitəsilə azad olunacaq”.

T.Zülfüqarov prezident İ.Əliyevin fikirlərindəki bir məqama da xüsusi diqqət yetirməyi vacib sayır: “Orada bəyan olunmuş bəzi məsələlər daha çox beynəlxalq ictimaiyyətə ünvanlanıb, nəinki Ermənistana. Bəli, orada ünvan Ermənistan görünür, amma çıxışın əsas ünvanı fikrimcə, beynəlxalq ictimaiyyət, ilk növbədə həmsədrlərdir. Bəlkə də səhv edirəm, amma mən belə hesab edirəm”.


Bakıdan Qarabağla bağlı mühüm bəyanatlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karadavinin qızı və kürəkəninin nəzarət müddəti uzadılıb
    Aəla Karadavi ilə həyat yoldaşı "qeyri-qanuni təşkilata üzv olmaq" ittihamı ilə yarım ildir nəzarətdə saxlanılır.
     19.12.2018
    Bakıda avtobus qadın piyadanı vurub öldürdü
    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ