EURO 1,919 NEFT 67,38
USD 1,7 RUB 0,025
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:14.09.2018 11:17:18

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

İslamazeri.com Unikal.org-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayış binasında baş verib.

Məlumata görə, həmin binada yaşayan 27 yaşlı İlkin Vəlizadə evə təmizlik işi gördürmək üçün çağırdığı Zəminə Məmmədovaya təcavüz etmək istəyib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.

Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.

Qeyd edək ki, hadisəni törədən İlkin Vəlizadə Qaradağ Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atan qadın danışdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 14.11.18-nin 5 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 14.11.18-nin 5 önəmli xəbəri - VİDEO
     14.11.2018
    Putinin xələfi bu şəxs ola bilər
    "Putinin özünün öz xələfini seçmə ehtimalı var."
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ