1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.01.2018 21:30:13

Bakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.

Hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Polisin məlumatına görə, avtobusda ümumilikdə 30 nəfər olub və qəza avtobus 28 May metrostansiyası yaxınlığından çıxıb Hövsan qəsəbəsi istiqamətində gedən zaman baş verib. Hadisə şahidləri sürücünün ərazidən qaçdığını bildiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb. (Report, APA)


Bakıda sərnişin avtobusu dərəyə aşdı: 25 yaralı - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan ermənilərə müraciət edib
    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbuldakı Erməni Apostol Kilsəsinin din xadimlərinə məktub göndərib.
     24.04.2018
    Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ