Bakıda qanunsuz sərnişindaşımanın səbəbi məlum olub

Bakıda qanunsuz sərnişindaşımanın səbəbi məlum olub
Yayınlanma tarixi: 9.12.2022 11:29:15

Bakıda qanunsuz sərnişindaşımanın səbəbi icazə sisteminin, fərqlənmə nişanının olmamasıdır.

İslamazeri.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, hazırda fərqlənmə nişanı Bakı şəhəri üzrə 20% təşkil edir.

“Diqqət etsək avtomobillərin, sürücülərin tələb olunan standartlara cavab verməməsini görürük. Dünyada icazə və lisenziyanın olmadığı şəhər yoxdur. İcazənin əhəmiyyəti ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olması üçün müəyyən tələblər olur, bu tələblərə cavab verən şəxslər icazəni aldıqdan sonra fəaliyyət göstərirlər.

Fəaliyyətdə olan taksilərə baxsaq əksəriyyəti bu tələblərə cavab vermir. Buna nəzarət etmək üçün qanunvericilikdə dəyişiklik edilməsini gözləyirik. Bununla bağlı aidiyyatı nazirliklərlə bir ildir müzakirə aparılır. Çox böyük əhaliyə toxunduğu üçün yaxın vaxtlarda layihənin son variantını görə bilərik”, - deyə nazir müavini əlavə edib.

GÜNÜN MANŞETLERİ