EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:12.01.2019 11:08:49

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

İslamazeri.com "ölkə.az”a istinadən xəbər verir ki, saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub.

Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməyi ofisdə olan müşahidə kamerasınada düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin operativ-istintaq hərəkətləri həyata keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.

Sonra isə dəfn olunmaq üçün İsmayıllı rayonuna göndərilib. Faktla bağlı cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlumat üçün bildirək ki, İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib. Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, 2 azyaşlı övladı var.


Bakıda polis xidməti silahı ilə intihar etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019
    Türkiyənin Varlıq Fondunu satmaq istəməsinə REAKSİYALAR
    Səadət Partiyasının sədri Təməl Karamollaoğlu məsələyə dair olaraq sosial media hesabı vasitəsilə paylaşım edib.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ