EURO 1,9649 NEFT 79,77
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.10.2018 10:28:20

Ekspertin sözlərinə görə, beynəlxalq müstəvidə piyada keçidləri müxtəlif formada fərqləndirilir.

S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində çəkilmiş sarı kəsişmə toru ilə bağlı ayrı-ayrı kanallara açıqlama verərkən bir məqama diqqət yetirdim ki, bu 1.14.3 yol nişanlanması barədə bixəbər olan piyadalar adəti üzrə piyada zolağı axtarışındadırlar.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat və yol-hərəkəti üzrə ekspert Azər Allahverənov deyib. O, bu səpkidə maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu bildirib:

“Piyada keçidi nizamlanmayan (1.14.1) və işıqforla nizamlanan (1.14.3) formada ola bilər. Nizamlanmayan piyada keçidi insanların öyrəşdikləri “zebra şəkilli” keçiddir. İşıqforla nizamlanan piyada keçidi isə qırıq-qırıq xətlərlə göstərilir. Adətən piyadalar zebra formasında piyada keçidi görməyə öyrəşdikləri üçün qırıq-qırıq xətlərlə olan keçidi gördükdə tərəddüd edirlər. Əslində bu özlüyündə çox yaxşı haldır ki, insanlar yolu keçmək üçün piyada keçidi axtarırlar. Bu barədə müvafiq qanunvericilikdə qeyd olunsa da, insanların bir çoxu həmin qırıq-qırıq xətlərin keçidin göstəricisi olduğunu bilmirlər. İnsanlar hansı piyada keçidinin yanında hansı yol nişanlarının istifadə edilməsindən məlumatsız ola bilərlər. Əhalinin məlumatlandırılması üçün daha geniş maarifləndirmə işi aparamaq lazımdır. Hesab edirım ki, Bakı Nəqliyyat Agentliyi və ya ayrı-ayrı ictimai təşkilatlar bu konteksdə maarifləndirici çarxlar hazırlasa, yaxşı olar”.

Ekspertin sözlərinə görə, beynəlxalq müstəvidə piyada keçidləri müxtəlif formada fərqləndirilir:

“Məsələn, zebra piyada keçidlərinin çəkilməsi zamanı müxtəlif işıqqaytaran tərkibli rənglərdən istifadə olunur. Daha bir piyada keçidi forması da bu yaxınlarda Naxçıvanda tətbiq edilən 3D formatlı keçidləridir. İnsanlar məlumatsız olduqları üçün yeni yolların salınması zamanı ilk dəfə gördükləri piyada keçidlərindən keçməyə tərəddüd edirlər”.


Bakıda kəsişmə toru: piyadalar necə keçməlidir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: Pakistanla birgə hərbi əməliyyat keçirməyə hazırıq
    Məhəmməd Pakpur qaçırılan 11 vətəndaşlarını xilas etmək üçün Pakistanla birgə əməliyyat keçirməyə hazır olduqlarını açıqlayıb.
     18.10.2018
    Eldar Mahmudovun iş ortağının məhkəməsində DTX və nazirlik iddia qaldırıb
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ