1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.01.2018 17:22:36

Bakıda keçmiş məhkumdan iki kiloqramdan artıq heroin götürülüb.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayev saxlanılıb.

Polis idarəsində üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik maddənin ümumi çəkisinin 2 kiloqram 100 qram yüksək psixotrop təsirə malik heroin olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Araşdırma zamanı O.Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bakıda keçmiş məhkum heroinlə saxlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ