Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
Yayınlanma tarixi: 8.11.2022 13:58:34

Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İslamazeri.com xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə paytaxt Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunub.

Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin üç marşrut üzrə - Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı; Şəhidlər xiyabanı, “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətləri üzrə keçirilib.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.

GÜNÜN MANŞETLERİ