EURO 1,9309 NEFT 61,67
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:07.11.2018 22:13:28

Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan İslamazeri.com-a verilən məlumata görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.


Bakıda dəhşətli qətl: Nəvə 77 yaşlı nənəsini öldürüb, yandırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
    Qeyd olunub ki, bu məqsədlə investorlar cəlb olunub.
     22.01.2019
    İsrailə Süleymaninin əmrilə Fateh-110 raketi atılıb - İsrail Kəşfiyyatına bağlı sayt
    Araı-sıra qeyri adi xəbərləri ilə tanınan, hərbçi və kəşfiyyatçıların nəzarətində olan "Debkafile" saytı İsrailə İran tərəfindən bir raket atıldığı iddia edib
     22.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ