EURO 2,0069 NEFT 78,51
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.02.2018 16:10:08

Paytaxt ərazisində bir gecədə 4 obyektdən oğurluq edən yeniyetmələr polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.

Fevralın 9-da gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

 

Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyən edilib.

Həmin cinayəti törətməkdə şübhəli bilinən, 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Belə ki, onlar Bakıxanov qəsəbəsində yerləşən geyim mağazasından 1 ədəd qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də, həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa saxlanılan şəxslər Nizami rayonunda yerləşən uşaq aləmi mağazasında 3 ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar. Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


Bakıda bir gecədə 4 obyektdə oğurluq edən dəstə saxlanılıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabad rayonunda poçtdan 5 min manatlıq oğurluq olub
    Cəlilabad rayonunun Göytəpə şəhərində oğurluq hadisəsi baş verib.
     19.05.2018
    Gürcüstanın İslami Camiəsində tanınan təşkilatlar arasında məhkəmə çəkişməsi - ƏTRAFLI
    Gürcüstan müsəlmanları, xüsusilə şiələri arasında sosial şəbəkələrdə ciddi ittihamlar, ittihamlar arasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovun da adı hallanır
     19.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ