EURO 1,981 NEFT 74,28
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.06.2018 19:52:23

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

İslamazeri.com ARB TV-yə istinadən xəbər verir ki, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.

Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. "Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü Rahid Məmmədov isə elə hadisə yerində ölüb. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.


Bakıda 2 nəfərin həyatına son qoyan dəhşətli qəzanın görüntüləri - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abdin Fərzəliyevin Nərimanovda paltar qadağası kütləvi etiraza səbəb oldu: “O kimdir ki ...?”
    Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb etməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
     25.06.2018
    Əsəddən şimaldakı terrorçulara: Güclə də olsa, torpaqları geri alacağıq!
    “Bütün bu ərazi ABŞ-ın nəzarəti altındadır, başqasının yox.”
     25.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ