EURO 1,9635 NEFT 81,01
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.11.2017 12:27:12

"Lazım gələrsə, böyük komissiya yaradılır və ciddi araşdırma aparılır. "

Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. “Bakı Metropoliteni”nin rəsmiləri hadisənin baş verməsini səhər saat 6-da depodan gələn qatarların qəbulunda gecikmə ilə əlaqələndirmişdi.

İslamazeri.com Unikal.org-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov sözügedən hadisə ilə bağlı qurumun bir sıra vəzifəli şəxslərini ciddi cəzalandırıb. Məlumatda qeyd olunur ki, hadisədə bir neçə nəfər günahkar bilinərək, işdən azad olunub. Bəzilərinə isə töhmət verilib. Hətta vəzifəsindən azad olunanlardan biri “Bakı Metropoliteni”nin yol xidmətinin rəisi Mahmudəli Məcidovdur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda baş verən istənilən hadisə araşdırılır: “Lazım gələrsə, böyük komissiya yaradılır və ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq günahkarlar məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi vəzifədən azad edilmə ilə nəticələnə bilər. Çünki biz çox məsuliyyətli bir işlə, sərnişinlərin təhlükəsiz daşınması ilə məşğuluq. Burada səhlənkarlıq, qeyri-peşəkarlıq yolverilməzdir”.


“Bakı Metropoliteni”nin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıl Haniyə: Qəzzanın mühasirəsini qırmağa çalışırıq
    HƏMAS lideri İsmayıl Haniyə İstanbulda keçirilən Qüds iclasında etdiyi çıxışında, İslam ümmətinin Fələstin, Qüds və Məscidül-Əqsa məsələlərində daim həmfikir olduqlarını vurğulayıb.
     15.10.2018
    Bakının bu hissəsində villalar sürətlə ucuzlaşır - Təcili satış başladı
    Baş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ