"Bakı Metropoliteni" qatarların ləngiməsi ilə bağlı açıqlama yaydı

Yayınlanma tarixi: 29.12.2022 11:06:41

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Bakı metropoliteninin "Xətai-Cəfər Cabbarlı" mənzilində qatar hərəkətdə ikən maşinistin idarəetmə panelində qapılardan birinə müdaxilə ilə bağlı siqnal işə düşüb.

İslamazeri.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara uyğun olaraq, qatar dayandırılıb, dərhal texniki baxış təyin edilib. 3 dəqiqə ərzində davam edən baxış zamanı qatarda hər hansısa problem olmadığı müəyyən edilib. Qatar stansiyaya daxil olub. Əlavə texniki baxış keçirilməsi qərara alınıb və həmin xəttə əlavə qatar verilməklə, həmin qatar baxış sahəsinə verilib. Artıq həmin qatarda hər hansısa texniki problem olmadığı müəyyən edilib.

Sərnişinlərə müraciət edərək, Bakı metropolitenindən istifadə edərkən qaydalara zidd hərəkətlərə yol verilməməsinə, istifadə və asayiş qaydalarına ciddi riayət olunmasına çağırırıq.

GÜNÜN MANŞETLERİ