EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:19.02.2019 22:22:01

"Nə üçün qiymətlər 3 dəfədən çox fərq etməlidir?"

İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz "Nə üçün vətəndaşlarımız xarici səfər üçün Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər?" sualına cavab verib.

Azxeber.com xəbər verir ki, ekspert Facebook səhifəsində yazıb:

"Son zamanlarda bir neçə dəfə Bakıdan Wizz Air aviaşirkəti ilə Budapeştə uçmuşam. Dünən qısa bir araşdırma aparmaqla nə qədər doğru olmayan bir seçim etməyimə təəssüflənirəm.

Səbəb:

1. Wizz Air vasitəsilə Bakı - Budapeşt istiqamətində mart ayında olacaq uçuşun gediş və dönüş qiyməti - 540 avro.

2. Wizz Air vasitəsilə Kutaisi - Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti -150 avro.

Nə üçün qiymətlər 3 dəfədən çox fərq etməlidir?

Xatırlayıram ki bir neçə il öncə Prezident AZAL-ı dövlətdən yetərincə dəstək almasına, yanacağın bizdə istehsal olunmasına, bütün zəruri subsidiyaların bu quruma edilməsinə baxmayaraq bahalı qiymət siyasətinə görə sərt tənqid etmişdi.

Belə görünür ki, tənqiddən sonra bir müddət qiymətlər endirilsə də sonradan yenə də öz bildiklərini ediblər.
Ümumiyyətlə , müşahidələr göstərir ki, bizim Hava Limanınız nə qədər müasir görsənsə də, müxtəlif imkanlar və xidmətlər təqdim edilsə də və servislər keyfiyyətli olsa da AZAL hədsiz baha qiymət siyasəti yürüdür. Qiymətləri endirmək üçün zəruri olan addımları atmır, yeni aviaşirkətlr cəlb edilmir.

Güman ki Hava Limanının bahalı xidmətlərindən istifadə edən aviaşirkətlərə həm də birgə uçuş layihəsi təqdim olunur ki nəticədə qiymətlər bu dərəcədə fantastik həddə çatır.

Gürcüsatnda isə tam fərqlidir. Əlavə aviaşirkətlər cəlb etməklə, hava limanında təqdim edilən servislərin qiymətlərini endirməklə , rəqabətli mühit yaratmaqla daha çevik qiymət siyasəti yürüdürlər.
Gürcüstanın hava uçuşlarından əldə etdikləri vəsaitin 30%-nin bizim vətəndaşlarımız hesabına olduğu bildirilir.

Maraq üçün baxıram ki Gürcüstandan dünyanın ən uzaq ölkələrinə olan hava uçuşlarının qiymətləri Bakıdan təklif edildiyindən bir neçə dəfə azdır.

Düşünürəm ki hökumət, müvafiq qurumlar Prezidentin ötən dəfə verdiyi tapşırıqlarının icrasını nəzarətə götürməlidirlər. Bu tapşırıqların nə üçün icra edilmədiyini yoxlamalıdırlar və sərt tədbirlər görülməlidir. Bu, turizmin inkişafına da kömək etmiş olardı. Belə görünür ki, AZAL-ın bahalı təyyarələr alması, bahalı infrastruktur siyasəti, dövlətdən böyük vəsaitlər alması sonda qiymət endiriminə maraq yaratmır.

Fikrimcə son dövrlərdə aparılan optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində AZAL-da da rəqabətli mühitin formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi faydalı olardı.

Maraqlıdır, belə bir vəziyyətdə, hökumətimiz öz vətəndaşına haradan uçmağı tövsiyyə edərdi?”


Bakı-Budapeşt 540, Kutaisi-Budapeşt 150 avro - Bizdə uçuşlar niyə bahadır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
    Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
     25.03.2019
    “İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”
    Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ