EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:25.02.2019 09:55:11

Ekspertlər saxlanması mümkün olan bayram ərzaqlarını indidən almağı tövsiyə edirlər...

Xalqımızın qədim, milli bayramlarından olan Novruza bir aydan da az zaman qalır. Bir tərəfdən mövsümi amillərlə əlaqədar, digər tərəfdən də bayram yaxınlaşdığı üçün əhalinin ərzağa və mer-meyvəyə tələbatı artır. Bəs mövcud durum bazara, qiymətlərə necə təsir göstərir? İnsanlar bayram bazarlığını hansı ərəfədə etsə, daha çox qənaət etmiş olar?

Öncə onu qeyd edək ki, bazarda hər zaman olduğu kimi insan sıxlığı müşahidə olunur. Həm topdan, həm də pərakəndə satış həyata keçirilməsi, eləcə də qiymətlərin digər bazarlara nisbətən bir qədər ucuz olması səbəbindən insanlar daha çox axın edirlər. Qiymətlərlə bağlı isə birmənalı fikir bildirmək mümkün deyil. Bəzi məhsullarda bahalaşma, bəzilərində ucuzlaşma müşahidə edilir.

İlk olaraq bayram süfrələrinin bəzəyi olan qoz-fındıq və quru meyvələrdən başlayaq. Qərzəkli Zaqatala qozunun kiloqramı 5 manata, fındığın kiloqramı 6 manata, şabalıd 6 manata , qoz ləpəsi keyfiyyətindən asılı olaraq 10-18 manat arasında, fındıq 14-19 manata, kişmişin kiloqramı 8-15 manat, xurma 4-10 manat arasında , ərik, alça , gavalı qurusu ölçüsünə və keyfiyyətinə görə, 8-12 manat arasında dəyişir. Ən bahalı quru meyvə isə badam və Antep fıstığıdır. Badam ləpəsinin kiloqramı 14- 25 manata, Antep fıstığı isə 22-26 manata satılır. Təcrübəyə əsaslanıb deyə bilərik ki, bu qiymətlər bayram günləri ilə müqayisədə kifayət qədər ucuzdur, hər məhsulun bayram öncəsi ən azı 3-4 manat bahalaşdığını müşahidə edəcəyik.

Bayram süfrəsinin vazkeçilməz yeməyini aş, onun isə əsasını düyü təşkil edir. Bazarda müxtəlif növ düyülərə rast gəlmək olar. "Sultan” , "Besta”, "Basmati” düyülərinin kiloqramı 3 manata, İran və Astara düyüsü isə 4 manata satılır. Piştaxtadakı digər məhsullara nəzər salsaq, noxudun kiloqramı 2-3 manat arasında, müxtəlif növ lobyaların kiloqramı isə 4-5 manat arasında dəyişir.

Meyvələrdən ən ucuzu hər zaman olduğu kimi almadır. Belə ki, bazarda onun kiloqramını 50-70 qəpiyə də almaq tapmaq mümkündür. Lakin qiymətlər əsasən 1 manatdan başlayır, 1.50-2 manata kimi yüksəlir. Qızıləhmədi alma isə 3-4 manata arasında təklif edilir.

Portağalın kiloqramı 1.50-2 manat, narıngi 1.5 manat, kivi 2 manat, banan 2.80 manat, ananasın kiloqramı 5 manat, armud 2.50, nar 1.50 -3 manat arasında, üzüm 2.50 manat, limonun 4-5 ədədi 1 manata satılır.

Tərəvəzlərdən ən baha olanı pomidor və xiyardır. Satıcıların sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu məhsullar indi daha ucuzdur. Pomidorun kiloqramı 1.50 - 3 manat arasında dəyişir. Bazarı məhsulla təmin edən əsasən Zirə istixanalarıdır, həmçinin Maştağadan da xeyli miqdarda məhsul bazara gətirilir. Xiyarın kiloqramı da 2-5 manat arasında dəyişir. Badımcanın kiloqramı 1.50, göbələk 2-3 manat, kök 6080 qəpik, kartof 60 qəpik-1 manat, soğan 80 qəpik, kələmin kiloqramı 50 qəpik, ağ turp 60 qəpik, göyərtinin 5-6 ədədi 1 manata satılır. Qeyd edək ki, artıq Novruz aksesuarları da satışa çıxarılıb. Bayramda 1 ədədi 1 manata satılan şamlar indi 50 qəpikdir. Məlum olduğu kimi, bayram ərəfəsində bahalaşma qaçılmaz olacaq. Bu baxımdan əhaliyə tövsiyə olunur ki, bəzi vacib məhsulları indidən tədarük etsinlər. Xüsusən də , qoz , fındıq və digər quru meyvələr, ləpələr bayram ərəfəsində kəskin bahalaşacaq.

Marketlərdə də müəyyən qədər qiymət artımı var, lakin artım 5-20 qəpik arasında dəyişir. Bazarda yumurtanın qiyməti 14 qəpikdir. Kərə yağlarında hər hansı dəyişiklik yoxdur. "West gold” kərə yağı 15, 69manat, "Golden Graun” 14,95 manat, "Gerda” yağı isə 17.90 manata satılır. 1 litr "Final” qarğıdalı yağı 3.86 manata , "Final” günəbaxan isə 2.55 manata satılır.

İqtisadçı ekspert Natiq Cəfərli də "Yeni Müsavat”a açıqlamasında vurğulayıb ki, bayram bazarlığını indidən etmək daha sərfəli olar: "Azərbaycanda belə bir mənfi ənənə formalaşıb ki, bayrama doğru yaxınlaşdıqda qiymət artımları da daha çox hiss olunacaq. Sonuncu çərşənbə və bayram ərəfəsində qiymətlərdə daha çox yüksəlmə müşahidə oluna bilər. Çünki həmin dövrdə tələbatın artmasın uyğun olaraq, qiymətlərin də yüksəlməsi hiss olunacaq. Mart ayının əvvəllərindən başlayaraq bayramqabağı qiymət artımına start verilə bilər. Əsasən də bazarlarda yerli kənd təsərrüfatı məhsullarının azalması, xaricdən gələn məhsulların daha çox üstünlük təşkil etməsi bahalaşmaya səbəb olacaq. Novruz süfrəsində istifadə olunan ənənəvi məhsullarda da qiymət artımı müşahidə oluna bilər. Əgər gec xarab olan, ən azı 1 ay saxlamaq imkanı olan məhsullar alınacaqsa, bu bazarlığı indidən etmək daha yaxşı olar. Gələn aydan başlayaraq hər çərşənbədən-çərşənbəyə qiymətlərin daha çox artdığını görə bilərik. Bu neqativ bir ənənədir ki, hər il həm Yeni il, Həm də Novruz bayramı ərəfəsində bahalaşma gedir”. ("Baku Post")


Bahalaşma Novruzdan bir ay öncə başladı - Dükan-bazarda son qiymətlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Erməni nazir Lavrovla danışdı, təcili yardım çağırmalı oldular
    Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon söhbətindən sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanın halı gözlənilmədən pisləşib.
     25.05.2019
    Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK
    Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ