“Aztelekom”un baş direktoru vəzifəsindən azad edilib

“Aztelekom”un baş direktoru vəzifəsindən azad edilib
Yayınlanma tarixi: 7.12.2022 14:38:32

Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

“İslamazeri.com” xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən alman əsilli Klaus Müller işdən çıxarılıb.

“Aztelekom” MMC-dən bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi.

Qeyd dək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.

Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.

K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.

GÜNÜN MANŞETLERİ

Tarif Şurasına yeni səlahiyyət verilib
ÖLKƏ / SİYASƏT

Tarif Şurasına yeni səlahiyyət verilib

8.02.2023 13:42:16
Suriyada matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Suriyada matəm elan edilib

8.02.2023 12:45:55